Təsadüfi deyil ki,hazırda xarici şirkətlərlə əlaqəli olan bütün yerli podratçı şirkətlər planlama mütəxəssislərini layihələrə cəlb edirlər. Bu, həm öz işlərinə daha effektiv nəzarət etmək, həm də beynəlxalq standartlara cavab verən layihə idarəətmə və planlama sistemini qurmaq istədikləri üçündür. Konsultasiya və treyninq keçdiyimiz şirkətlərdə bu ehtiyacı daha çox görürük. Bunun başlıca səbəbi isə planlama, ölçmə və nəzarət edərək şirkətlərin əlbəttə ki, öz xərclərini azalda və layihələrini vaxtında yekunlaşdırmalarıdır.
Artıq intervyularda "MS Project" və "Primavera" kimi planlama və layihə idarəetmə proqram bilgisi mütləq soruşulur. Bu cür proqramları öyrənmiş insanlar həm də prosesin məntiqini, alqoritmasını öyrənmiş olurlar və elm, sənət hissələrindən ibarət olan planlaşdırma və layihə menecmenti sahələrini daha yaxşı tətbiq edə bilirlər.
Şübhəsiz, layihə menecerinin yaxşı layihə idarəetmə bilikləri olmalıdır. Bəs bu kifayətdirmi? Xüsusən də uzun müddətli, mürəkkəb, müştərinin dəyişən istəklərinə cavab verməli olan layihələrdə...
Mütəxəssislər vaxt və enerjisini manual planlaşdırma, görüləcək işlərin izlənməsi və onlara nəzarəti, qrafiklərin yenilənməsi kimi işləri "Excel" səhifələrində edərək vaxtdan səmərəli istifadəsi mümkünsüz hala gətirirlər, bir növ əziyyət çəkirlər. Halbuki, bunun üçün planlaşdırma və layihə idarəetmə proqramları var. Hansı ki bütün adını çəkdiyimiz işləri avtomatik, effektiv və vizual olaraq daha idarəedilə bilən formaya salmaq mümkündür. Söhbət "Microsoft Project" kimi proqramlardan gedir. Bu layihə idarəetmə alətindən istifadə edərək siz layihələrinizi planlaşdıra, dinamik layihə qrafikinizi yarada bilərsiniz. Beləliklə, layihənizi izləyə, nəzarət edə, qafikdə davamlı yenilənmələri edərək dəyişiklikləri daha rahat idarə edə bilərsiniz.

“MS Project" artıq çox böyük gücü olan sənaye standartına çevrilib. Bu proqramın böyük və kiçik miqyaslı şirkətlərdə dünya üzrə 22 milyondan çox istifadəçisi mövcüddur. Ənənəvi olaraq böyük şirkətlərin istifadə etməsinə baxmayaraq, statistikaya görə günümüzdə dünyada orta və kiçik biznes müəssisələrin 67 %-i bu proqramın istifadəçisidir. Bir çox şirkətlərdə isə bu proqramla peşəkar çalışmaq layihə menecerlərinin öhdəliyinə çevrilib.
Dünəndən bu günümüzə demək olar ki, dünyanın əksər ölkələrində ekspertlər və layihə idarəetmə mütəxəssisləri "MS Project"dən geniş istifadə edirlər və bu proqram layihə menecmenti sahəsində istifadə üçün ən yaxşı proqramlardan biri kimi bazarda dominantlığını qoruyur.