top of page

Layihələrdə resurs planlama – "MS Project"

Layihəyə aid olan insan resursları, avadanlıq və istifadə olunan materiallar və layihə ilə bağlı olan xərclər resurslar adlanır.

Resurslar layihəyə aid olan işləri yerinə yetirmək üçün tələb olunur. Bu resurlar insanlar, avadanlıqlar, materiallar ola bilər, hansı ki, layihəni həyata keçirmək üçün istifadə olunacaqdır. Layihə idarəetmə uğuru üçün optimal resurs planlaşdırılması və qrafikləndirilməsi əsas faktorlardan biridir.

Bu bloq yazısında resursları "Ms Project" proqramına necə əlavə edəcəyinizi öyrənəcəksiniz.  

"MS Project"də resurs növləri

"Microsoft Project"də 3 növ resurs mövcuddur:

  • İş (Working resources);

  • Material (Material resources);

  • Xərc (Cost resources).

İnsanlar və avadanlıqlar iş resursları adlanır. Onların "MS Project" vasitəsilə planlanan layihədəki işləri icra etmək üçün zamana ehtiyacları var (saat, gün, həftə və s.). Beton, dəmir, kərpic kimi sərf olunan materiallar isə material resursları (Material resources) adlanır. Bu materiallar "MS Project"də vaxta bağlı deyillər. 

Növbəti xərc resursudur ki, buna aiddir birdəfələik ödəmələr, işçilər üçün alınan biletlər və s. 


Bəs "Microsoft Project" proqramında resursları necə yaradaq?

Proqramın  "Views" bölməsindən, "Resource Sheet View" seçirsiniz. Daha sonra resurs adını və növünü daxil edirsiniz.



"Maximum Units" (Maksimum resurs sayını), "Std. Rate" ( standart dərəcəsini) və əlavə ödənişi ("Overtime" dərəcəsini) göstərə bilərik.

Aşağıda isə həmin daxil etdiyimiz resursların paylanmasını nümunə layihə üzərində görə bilərsiniz.






bottom of page