top of page

Yüz ilin Gantt hekayəsi

Gəlin bir az keçmişə gedək. 100 il əvvəl, ABŞ. Birinci Dünya müharibəsi təzə sona çatmışdı…


Polkovnik Con Tomson tərəfindən ABŞ üçün vacib hərbi ixtira edildi. Buna görə mükafatlananda o Henry Gantt-a diqqətləri doğrultdu. Öz layihəsinin uğurlu olmasının səbəb kimi Gantt qrafikləndirməsini göstərdi. O demişdi ki, Gantt qrafiki mənim kompasım oldu. Henry Gantt mühəndis və eyni zamanda biznes konsultant idi. 1915-ci ildə öz Gantt metodunu yaratmışdı. Gantt, işlərin başlama və başa çatma vaxtını vizual olaraq göstərən qrafik növü idi. Bu qrafiklə işlərin müddətini təqvim cədvəlində horizontal və vizual olaraq görə bilirik ki, məhz bu metod son bir əsrdir layihə idarəetməsində, planlaşdırma və qrafikləndirmədə ən uğurlu üsul sayılmaqdadır.



Əlbəttə ki, həmin dövrdə hələ personal kompyuterlər kəşf edilməmişdi. 1980-cı ildən kompyuterlərin və proqram təminatların inkişafından sonra Gantt qrafikli planlaşdırma proqramların istifadəsi başlandı və layihə menecerləri və planlaşdırma mütəxəssislərinin iş effektivliyini artırdı. Hazırda Gantt metodu layihələrin mərhələlərini, fəaliyyətlərini vizual olaraq göstərə bilən ən vacib texnikalardan biridir və ən faydalı layihə idarəetmə üsuludur. Həcmindən asılı olmayaraq planlaşdırdığınız və icrasına nəzarət etdiyiniz bütün layihələrdə Gantt qrafiki sizin bir nömrəli yardımçınız olacaqdır.

bottom of page