top of page

Layihə menecerindən tələb olunan 5 bacarıq

Layihə menecerləri müxtəliof sənaye sahələrində çalışırlar və işlədikləri sahəyə spesifik vəzifələri icra edirlər. Layihə menecerləri müxtəlif sənaye sahələrində çalışırlar və işlədikləri sahədə spesifik vəzifələri icra edirlər. Buna baxmayaraq layihə menecerləri üçün bütün sənaye sahələrində keçərli olan ümümi tələblər var ki, onları növbəti abzaslarda qeyd etmişəm.


1. Planlaşdırma


Layihə menecerləri layihə planını qrafikləndirməli, layihəni tamamlamaq üçün neçə nəfər komanda üzvünə ehtiyac duyulduğunu, proseslərin icrası üçün hansı resursların tələb olunduğunu müəyyən etməlidirlər ki, bütün bunlar layihə planının özəyini təşkil edirlər.


2. Strategiya


Layihə menecerləri şirkətin gəlirlərini artırmaq üçün uzaq gələcəyə baxmalı və ona uyğun olaraq şirkəti böyütmək üçün uzun müddətli biznes hədəflər, strategiyaları hazırlamalıdırlar.


3. Analiz


Layihə menecerləri layihənin xərclərini, qrafikini (planını), müştəri rəylərini, risklərini və s. bu kimi faktorları mütəmadi olaraq analiz etməlidlər.

4. Hesabat

Layihə menecerləri top menecerlər, rəhbərlər üçün şifahi və yazılı hesabatlar hazırlamalı və bu hesabatlarda: - layihənin planda uyğun icra olunduğunu vizual olaraq göstərməli, - ya da layihə plandan geri qalırsa bunun səbəblərini və həll yollarını qeyd etməlidirlər.


5. Görüşlər Bir layihənin uğurla başa çatması üçün Layihə menecerinin ən vacib bacarığından biri də komanda üzvləri ilə effektiv (planlı) görüşlərin keçirməsini təmin etməsidir. Bu görüşlərdə layihənin hər bir istiqaməti üzrə mövcud problemlər, görülən işlərin hazırki səviyyəsi müzakirə edilir və layihə meneceri tərəfindən tövsiyələr, həllər verilir.

bottom of page